Qardaş dostu ilə əlbir olub qardaşını öldürdü - Bərdədə qətl


Qardaş dostu ilə əlbir olub qardaşını öldürüb.
Yeniavaz.com
xəbər verir ki, hadisə Bərdənin Hacıallı kəndində qeydə alınıb.
1988-ci il təvəllüdlü İnayət Nəzərov dostu Şəhriyarla qardaşı, 1984-cü il təvəllüdlü Səxavət Nəzərovu bıçaqlayaraq öldürüb.
Qardaşların əmisi Nofəl Əliyev bildirib ki, qardaşlar arasında uzun illər əvvəl yaranan mübahisəyə səbəb qısqanclıq olub. Mərhumun 5 gün əvvəl isə övladı dünyaya gəlib.
Cinayəti törədən şəxslər saxlanılıb.
Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi açılıb.

Esmira Hidayətova, Bərdə

DİGƏR XƏBƏRLƏR

Top