Ölkəmiz 8-ci qızıl medalla 6-cı oldu - FOTO


Azərbaycanın para-atleti Elvin Astanov Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb. Bildirilib ki, 42 yaşlı idmançı nüvə itələmə növündə 8,77 metr nəticə ilə paralimpiya rekordunu qırıb.
Bununla da, Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında 8-ci qızıl medalını qazanıb 6-cı yerə yüksəlib.
Ölkəmizin hazırda 10 medalı var. Onlardan 8-i qızıl, 2-si isə bürüncdür.  

DİGƏR XƏBƏRLƏR

Top