“Taliban”: “Pəncşirdə yalnız iki nəfər müharibə istəyir”


“Taliban” nəzarətə alınmayan Pəncşir vilayətinin sülh danışıqlarına cavab vermədiyini açıqlayıb.
Yeniavaz.com
“TASS”a isitnadla xəbər verir ki, bu barədə “Taliban” sözçüsü Zabihullah Mücahid açıqlama yayıb:
“Orada müharibə istəyən yalnız iki nəfər var. Onlar Əfqanıstanın vitse -prezidenti Əmrullah Saleh və müqavimət lideri Əhməd Məsuddur. Onlarla heç bir problemimiz yoxdur. Dəfələrlə demişik ki, bu məsələni sülh yolu ilə, danışıqlar yolu ilə həll etmək istəyirik. Ancaq onlardan heç bir cavab almadıq. Əgər uzun müddətdə sülh təkliflərimizi qəbul etməsələr, bizim üçün problem olmayacaq. Pəncşiri ələ keçirə bilərik”.
Xatırladaq ki, Pəncşir vilayəti Əfqanıstanda “Taliban”ın nəzarətə götürə bilmədiyi yeganə bölgədir. Ora, Əfqanıstanən əfsanəvi komandiri Əhməd şah Məsudun oğlu Əhməd Məsud başçılıq edir. 

DİGƏR XƏBƏRLƏR

Top