Kabildə bomba ilə Türkmənistan səfirliyinə girməyə çalışan şəxslər saxlanıldı


Kabildə Türkmənistan səfirliyinə partlayıcı qurğu ilə girməyə çalışan Pakistan vətəndaşları saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb. Bildirilib ki, saxlanılan hər iki Pakistan vətəndaşının üzərində əldəqayırma partlayıcı qurğular aşkarlanaraq götürülüb. 
Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.
Xatırladaq ki, avqustun 26 -da Kabul hava limanının binası yaxınlığında terror aktı həyata keçirildi. Son məlumatlara görə, hadisə nəticəsində 200-dən çox adam ölüb.

DİGƏR XƏBƏRLƏR

Top