Tokio-2020: Paralimpiyaçılarımız 5-ci qızıl medalı qazandı


Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycan yığma komandası daha bir medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, qadın paracüdoçumuz Xanım Hüseynova 63 kq çəki dərəcəsində final görüşünə çıxıb. Təmsilçimiz həlledici mərhələdə ukraynalı İrina Husiyeva ilə qarşılaşıb. Rəqibini vazari xalı ilə məğlub edən idmançımız paralimpiya çempionu olub.
Qeyd edək ki, bununla da Azərbaycan paralimpiyaçıları 5-ci qızıl medalı qazanıblar.

DİGƏR XƏBƏRLƏR

Top