Evdən çıxan COVID-19 xəstələri barədə cinayət işi başlandı


Suraxanı rayonunda yaşayış yerini bilərəkdən tərk edən 2 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb.

DİN Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, onlarla izahedici söhbətlər aparıb və həmin şəxlər yaşadıqları evə qaytarılıblar.
Həmin şəxslər - Zığ qəsəbəsində yaşayan E.Mehtiyev və Suraxanı qəsəbəsində yaşayan B.Bayramovun barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Bir daha aktiv koronavirus xəstəliyinin daşıyıcıları olan və evdə özünütəcrid qaydaları çərçivəsində müalicəyə cəlb olunan vətəndaşların nəzərinə çatdırılır ki, onların mənzillərini tərk etməsi yolverilməzdir.

DİGƏR XƏBƏRLƏR

Top