Bakı şəhərində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, paytaxtın Nizami rayonunda ümumi sahəsi 30 m² olan tikinti materialları satışı mağazasının döşəməsi 10 m² sahədə və taxtadan ibarət arakəsmə divarı 9 m² sahədə yanıb.
Mağazanın qalan hissəsi və bitişik ticarət mərkəzi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.