Qazaxıstanda matəm elan olundu


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 29 avqustu milli matəm günü elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə dövlət başçısı öz “Twitter” səhifəsində məlumat verib.
“Zambul vilayətinin Bayzak rayonunda insanların ölümü ilə nəticələnən faciəli hadisə ilə əlaqədar olaraq, 29 avqustu ümumxalq hüzn günü elan edirəm", - deyə prezident yazıb.
Xatırladaq ki, Qazaxıstanda hərbi hissədə baş verən partlayışda 12 nəfər dünyasını dəyişmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top