Mehriban Əliyeva autizmli uşaqlara: "Sizi möhkəm-möhkəm bağrıma basıram" - FOTO


“Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzindən olan əziz dostlarıma təşəkkür edirəm”.

Yeniavaz.com xəbər verir ki, bunu Birinci vitse-prezident Mehriban Əliyeva “İnstagram” hesabında yazıb.

Paylaşımda deyilir:

”Xoş, nurlu və səmimi təbrikinizə görə çox sağ olun. Siz necə də gözəl və istedadlısınız! Sizinlə görüşlərimizi və birgə keçirdiyimiz vaxtı hər zaman xoş duyğularla xatırlayıram! Sizi möhkəm-möhkəm bağrıma basıram, hər birinizə gözəl əhval-ruhiyyə və bütün arzularınızın çin olmasını diləyirəm.

Tezliklə görüşmək ümidi ilə,

Sizin Mehriban”.

DİGƏR XƏBƏRLƏR

Top