Ukrayna uğrunda dünyasını dəyişən azərbaycanlıların xatirəsinə bayraq ucaldılıb - FOTO


Ukraynanın Nikolayev vilayətinin Ukrainka qəsəbəsində yerləşən Perequliskiy limanı yaxınlığında, ölkənin azadlığı uğrunda həlak olan azərbaycanlıların xatirəsinə bayraq dirəkləri ucaldılıb.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, Nikolayev Xalq Hərəkatı İctimai Birliyinin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı, Almaniyada yaşayan azərbaycanlı iş adamı Rasim Tağıyevin dəstəyi ilə ucaldılan xatirə kompleksində Ukrayna, Azərbaycan, Moldova və Avropa Birliyinin bayraqları dalğalanacaq.

Xatirə kompleksində İkinci Dünya müharibəsi zamanı Donbasdan Odessaya qədər Ukraynanı faşistlərdən azad edən 416-cı Taqanroq diviziyasında həlak olanlarla yanaşı, hazırda ölkənin şərqində separatçılarla döyüşlərdə həlak olanların da xatirəsi yad ediləcək.

Açılış mərasimində təşkilatçı qurumun rəhbəri Nikolay Qorbatenko, yerli deputat Aleksey Osipenko, yerli sovetin sədri İrina Vişnevskaya, yerli iş fəallarından Marina Avdeeva, Andrey Piquliyevskiy, veteran Konstantin Oborin, Stanislav Çayçenko, Anastasiya Poqosova, Mixail Drotenko, BUAK fəalı Fazil Əsgərov, yerli məktəbin heyəti və digərləri iştirak ediblər.

Açılışda çıxış edənlər Ukraynanın azadlığı uğrunda həlak olan azərbaycanlılarla fəxr etdiklərini bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top