Nə zinət, nə bəzək əşyaları, nə ev, nə də avtomobil. ATV.az xəbər verir ki, oğruların hədəfinə bu dəfə kitablar tuş gəlib. Mağazadan ümumi dəyəri 8 min manatdan çox kitab oğurlanıb. Hadisə metronun “İçəri Şəhər” stansiyasının girəcəyində yerləşən “Əli və Nino” kitab evində qeydə alınıb. Qəribəsi odur ki, mağazanın rəflərində 9 mindən çox kitab olduğundan, mağazanın əməkdaşları kitabların əksikliyini hiss etməyiblər. Lakin, ay sonunda aparılan hesabat zamanı 500-dən çox kitabın yerində olmadığı üzə çıxıb. Mağaza rəhbərliyi bu qənaətdədir ki, kitablar hissə-hissə, ayrı-ayrı günlərdə oğurlanıb. Oğurlanan kitabların əksəriyyəti isə mağazanın ən bahalı kitablarıdır.
Kitab
Tətbiqimizi yükləyə bilərsiniz