Gorus-Qafan yolunun bağlanması ilə bağlı İrandan AÇIQLAMA


“Yolda nəqliyyatın hərəkəti dayandırılıb, bu da İranın yük maşınları üçün problemlərə səbəb olub”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri İranın Ermənistandakı səfirliyi "Armenpress"ə açıqlamasında deyib. Səfirlik, İranın vəziyyətin sülh yolu ilə həll olunacağına ümid etdiyini qeyd edib.
“Təəssüf ki, son iki gün ərzində bu yolda nəqliyyatın bağlanmasını müşahidə etdik ki, bu da həm Ermənistanın mülki əhalisi, həm də Ermənistana daşımalar həyata keçirən bir sıra İran yük daşıyıcıları üçün problemlərə səbəb olub. Əlaqələri bərpa etmək üçün səy göstəririk”.

DİGƏR XƏBƏRLƏR

Top