Zakir Həsənov Qazaxıstana başsağlığı verdi


Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının müdafiə naziri, general-leytenant Nurlan Yermekbayevə başsağlığı ünvanlayıb.

Yeniavaz.com xəbər verir ki, başsağlığında deyilir:

“Qardaş Qazaxıstan Respublikasının Taraz şəhəri yaxınlığında baş vermiş partlayış nəticəsində hərbi qulluqçuların həlak olması və çox sayda şəxsin xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.

DİGƏR XƏBƏRLƏR

Top