
Rusiyalı hərbçilər ilk dəfə Volqa bölgəsində xüsusi təlimlər zamanı Uran-9 döyüş robotlarından istifadə ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb:
"Nijni Novqorod vilayətində keçirilən xüsusi təlimlər zamanı, alt bölmələrin döyüş birləşmələrində ilk dəfə olaraq Uran-9 kəşfiyyat və atəş dəstək robotlarından istifadə edildi”.
Rusiya ordusu həmçinin ilk dəfə olaraq pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün hava hücumundan müdafiə sistemlərinin müasirləşdirilməsi üçün planları hazırlayıb.