"Qarabağ"ın qrup mərhələsindəki rəqibləri məlum oldu


UEFA Konfrans Liqasındakı yeganə təmsilçimiz “Qarabağ”ın rəqibləri məlum oldu.
Yeniavaz.com xəbər verir ki, püşkatma mərasimi Türkiyənin İstanbul şəhərində keçirilib. Tədbirdə püşkü Almaniya millisinin sabiq futbolçusu Lorik Sana və Türkiyə yığmasının keçmiş oyunçusu Nihat Kahveci çəkib.
H qrupunda mübarizə aparacaq “Qarabağ” "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya" (Kipr) komandalarına qarşı oynayacaq.
Digər qruplarsa belədir:
A qrupu: LASK (Avstriya), "Makkabi" (Təl-Əviv, İsrail), "Alaşert" (Ermənistan), HİK (Finlandiya)
B qrupu: "Gent" (Belçika), "Partizan" (Serbiya), "Flora" (Estoniya), "Anortosis" (Kipr)
C qrupu: "Roma" (İtaliya), "Zarya" (Luqansk, Ukrayna), "MOİK-Sofiya" (Bolqarıstan), "Budyo Qlimt" (Norveç)
D qrupu: AZ (Niderland), ÇFR (Kluj, Rumıniya), "Yablonets" (Çexiya), "Randers" (Danimarka)
E qrupu: "Slaviya" (Praqa, Çexiya), "Feyenoord" (Niderland), "Union Berlin" (Almaniya), "Makkabi" (Hayfa, İsrail)
F qrupu: "Kopenhagen" (Danimarka), PAOK (Yunanıstan), "Slovan" (Bratislava, Slovakiya), "Linkoln" (Cəbəllütariq)
G qrupu: "Tottenhem" (İngiltərə), "Renn" (Fransa), "Vitess" (Niderland), "Mura" (Sloveniya)
H qrupu: "Bazel" (İsveçrə), "Qarabağ" (AZƏRBAYCAN), "Kayrat" (Qazaxıstan), "Omoniya" (Kipr)

DİGƏR XƏBƏRLƏR

Top