Kabil hava limanından təxliyə prosesi yenidən başladı


Baş verən terror hücumlarından sonra Kabil hava limanından təxliyə prosesi yenidən başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalından məlumat yayıb:
"Bir çox təyyarənin havaya qalxdığını gördük. Dünəndən etibarən hava limanının ətrafındakı insanların sayı kəskin şəkildə artdı. Minlərlə insanın qalan bir neçə təyyarəyə minmək üçün çarəsiz şəkildə cəhd etdiklərini görürük”
ABŞ Prezidenti Co Bayden isə, Kabildəki hücumla bağlı danışaraq partlayışların İŞİD tərəfindən edildiyini təsdiqləyib:
"Biz sizi ovlayacağıq və cəzanızı verəcəyik. Xalqımızın maraqlarını müdafiə edəcəyəm".

 

DİGƏR XƏBƏRLƏR

Top