
Slovakiyada təyyarə qəzası ba verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CTK xəbər agentliyi məlumat yayıb. Hadisənin Slovakiyanın Skalice şəhəri yaxınlığında baş verdiyi bildirilib. Kiçik təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfərin öldüyü vurğulanıb. İlkin məlumatlara görə, ölənlər Çexiya vətəndaşlarıdır.