İtaliyanın sabiq baş naziri xəstəxanaya yerləşdirildi


İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Milanda xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com “İnterfax”a istinadla xəbər verir ki, Berluskoni hazırda müalicə alır.
Xatırladaq ki, 84 yaşlı Silvio Berluskoni bundan əvvəl koronavirusa yoluxmuşdu. Ürək problemlərindən əziyyət çəkən sabiq baş nazirin səhhəti ilə bağlı hələlik açıqlama verilməyib.
Qeyd edək ki, Berluskoni dörd dəfə İtaliyanın Baş naziri olub, sonuncu dəfə bu vəzifəni 2008-2011 -ci daşıyıb. 30 ildir Milan futbol klubunun sahibidir. 


 

DİGƏR XƏBƏRLƏR

Top