Baş Prokurorluq 617 min manatlıq geyim alır - TENDER


Baş Prokurorluq tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi dəyəri dəyəri 616 min 683 manat 52 qəpik olan tender müsabiqəsinin qalibi “Dadaş-N” MMC olub.
Tenderin şərtlərinə görə, “Dadaş-N” MMC Baş Prokurorluğa geyim formaları satacaq.
Məlumat üçün bildirək ki, müqavilədə nəzərdə tutulan şərtlər  18.06.2021-ci il tarixindən 30.12.2021-cü il tarixinə kimi icra olunacaq.
Qeyd edək ki, “Dadaş-N” MMC 19.10.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 500 manat olan MMC-nin hüquqi ünvanı Qəbələ rayonu, Vəndam kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Dadaşov Nəsimi Cəfər oğludur.
Onu da bildirək ki, 2016-cı ildə Dadaşov Nəsimi Cəfər oğlunun rəhbərlik etdiyi daha 4 şirkət dövlət qeydiyyatına alınıb:

"BARAMA-N" MMC
Hüquqi ünvanı: AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, B.ABBASOV ev.55 m.
Nizamnamə kapitalı: 500 manat.
Qanuni təmsilçi: DADAŞOV NƏSİMİ CƏFƏR OĞLU.
Dövlət qeydiyyatına alındığı tarix: 21 Noyabr 2016

"SASAR İSTEHSAL MALLARI" MMC
Hüquqi ünvanı: AZ3628, QƏBƏLƏ RAYONU, VƏNDAM.
Nizamnamə kapitalı: 500 manat.
Qanuni təmsilçi: DADAŞOV NƏSİMİ CƏFƏR OĞLU.
Dövlət qeydiyyatına alındığı tarix: 25 Oktyabr 2016.

"NƏSİMİ 1965" MMC
Hüquqi ünvanı: AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, B.ABBASOV ev 55.
Nizamnamə kapitalı: 10 manat.
Qanuni təmsilçi: DADAŞOV NƏSİMİ CƏFƏR OĞLU.
Dövlət qeydiyyatına alındığı tarix: 25 Oktyabr 2016

"SARAR İSTEHSAL MALLARI" MMC
Hüquqi ünvanı: AZ3628, QƏBƏLƏ RAYONU, VƏNDAM.
Nizamnamə kapitalı: 500 manat.
Qanuni təmsilçi: DADAŞOV NƏSİMİ CƏFƏR OĞLU.
Dövlət qeydiyyatına alındığı tarix: 25 Oktyabr 2016.

DİGƏR XƏBƏRLƏR

Top