Hərbçimizin hücuma məruz qalması barədə Ermənistan hərəkətə keçdi


"Azərbaycan Respublikası Dövlət Sərhəd Mühafizəsi Xidmətinin hərbçisinin hücuma məruz qalması barədə Ermənistana məlumat verilib". 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “news.am”a Ermənistanın Təhlükəsizlik Xidməti tərəfindən məlumat verilib. Bildirilib ki, Azərbaycan tərəfinin verdiyi məlumatlarla bağlı əməliyyat-istintaq və axtarış tədbirləri həyata keçirilir. Gorus-Qafan yolunun açılması istiqamətində isə danışıqlar davam edir.
Xatırladaq ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi açıqlama yayaraq bildirmişdi ki, avqustun 25-də saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top