Qazaxıstandakı güclü partlayışın görüntüləri - VİDEO - YENİLƏNİB


Qazaxıstanda hərbi hissədə 12 nəfərin ölümünə səbəb olan partlayışın görüntüləri yayılıb.
Yeniavaz.com
həmin görüntüləri təqdim edir:

Qazaxıstanın Zambil vilayətindəki bir hərbi hissədə baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.
Yeniavaz.com
xəbər verir ki, partlayışda ölənlərin sayı 9-a çatıb. Bu barədə  Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb:
“Zambil vilayətinin Bayzak rayonunda yerləşən hərbi hissədə baş verən partlayış nəticəsində, son məlumatlara görə, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, hərbi hissə, gözətçi də daxil olmaqla cəmi 9 nəfər həlak olub”.

***12:40
Qazaxıstanın cənubunda hərbi hissənin anbarında baş verən yanğın güclü partlayışa səbəb olub.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb. Yanğının hansı səbəblə çıxdığı barədə ətraflı məlumat yoxdur. Faktla bağlı araşdırma başladılıb.

DİGƏR XƏBƏRLƏR

Top