
Azərbaycanın daha bir paracüdoçusu Vüqar Şirinli Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, V. Şirinli 60 kq çəki dərəcəsində qazaxıstanlı Anuar Sarıyevlə üz-üzə gəlib və rəqibinə qalib gələrək qızıl medala layiq görülüb.
Qeyd edək ki, daha əvvəl qadın paracüdoçu Şəhanə Hacıyeva (48 kq) və üzgüçü Raman Saleh də paralimpiya çempionu olub.
Tətbiqimizi yükləyə bilərsiniz