4 koronavirus xəstəsi barəsində cinayət işi başlanıldı


Avqustun 26-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

DİN-dən Yeniavaz.com-a verilən məluamata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top