Kabil hava limanında ölənlərin sayı 170-ə çatdı - YENİLƏNİB


Kabil hava limanı yaxınlığında törədilən terror aktı nəticəsində ölənlərin sayı 170 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CBS telekanalı Əfqanıstan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb . Terror aktı nəticəsində ən azı 200 nəfərin isə yaralandığı bildirilib.
Xatırladaq ki, hadisə nəticəsində ABŞ-ın 13 hərbçisi ölüb, 18-i isə yaralanıb.


***13:58


Əfqanıstanın paytaxtı Kabildəki hava limanında baş verən partlayışda ölənlərin sayı artıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb. Bildirilib ki, hücumlar nəticəsində ölənlərin sayı 110 olub. Bunlardan 13-ü ABŞ hərbçiləri qalanları isə Əfqanıstan vətəndaşlarıdır. 

***08:00

ABŞ hərbçiləri də daxil olmaqla Kabil hava limanında baş verən partlayışlar zamanı həyatını itirənlərin ümumi sayı 100 nəfəri keçib.

Bu barədə “Wall Street Journal” Əfqanıstan Səhiyyə Nazirliyinin yüksək vəzifəli əməkdaşına istinadən məlumat yayıb.

Bildirilib ki, ötən gün baş verən 6 partlayış nəticəsində 90 Əfqanıstan vətəndaşı, Pentaqonun məlumatına görə, 13 ABŞ hərbçisi vəfat edib.

***26 avqust, saat 21:00

Kabil hava limanı yaxınlığındakı partlayışda ölən və yaralananların sayı artıb.

Yeniavaz.com “The New York Times”-a istinadən xəbər verir ki, baş vermiş iki partlayış 40-dan çox insanın həyatına son qoyub.

“Taliban” rəsmiləri hadisə nəticəsində 52 nəfərin yaralandığını bildiriblər.

Xarici KİV-də yayılan məlumatlarda terror aktına görə İŞİD-in məsuliyyət daşıdığı qeyd edilir.


***20:15

Kabil hava limanında baş vermiş partlayış nəticəsində yaralıların sayı 50-ni ötüb.

Bu barədə "Taliban" sözçüsü Zabiullah Mücahid bildirib.

Onun sözlərinə görə hava limanında 2 partlayış olub.

Qeyd edək ki, "Əl-Cəzirə" telekanalı yerli xəstəxanadakı mənbəyə istinadən məlumat yayıb ki, partlayışlar zamanı ən azı 70 nəfər xəsarət alıb.


***18:44

Kabil hava limanında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 13 nəfər həlak olub.

Bu barədə “Taliban” hərəkatı açıqlama yayıb.

Ölənlər arasında uşaqların da olduğu bildirilir.

***18:36
Kabil hava limanının girişində partlayış törədilib.

Partlayış britaniyalı hərbi qulluqçuların bir müddətdir dayandığı və hava limanının terror xəbərdarlığı səbəbi ilə bağlanmış 3 giriş qapısından birində baş verib.

BŞ rəsmisi “Reuters” xəbər agentliyinə partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib. Böyük Britaniya Müdafiə Nazirliyi partlayış nəticəsində itkilərin olmadığını, lakin əminliklə danışmaq üçün hələ tez olduğunu deyib.

“Pajhwok” agentliyi 2 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını açıqlayıb.

Pentaqondan verilən məlumata görə isə 3 ABŞ hərbçisi xəsarət alıb.

Qeyd edək ki, partlayışdan sonra hadisə yerində silah səslərinin eşidilməsi ilə bağlı məlumat yayılıb.

Əfqan jurnalist Əhməd Mengli isə CNN-Türkə bildirib ki, partlayış zamanı 11 nəfər ölüb, çox sayda yaralı var.

Digər yerli qaynaqlar da partlayış nəticəsində 11 nəfərin həlak olduğunu, həlak olanlar arasında əcnəbi hərbçilərin olduğunu xəbər verir.

DİGƏR XƏBƏRLƏR

Top