"Taliban" hərəkatı Əfqanıstanda Milli Barışıq Ali Şurasının rəhbəri Abdullah Abdullah və ölkənin keçmiş prezidenti Həmid Kərzaini ev həbsində saxlayır.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Bildirilib ki, “Taliban” Kərzainin avtomobillərini əlindən alıb və mühafizəçilərindən silahlarını götürüb. Bundan sonra keçmiş dövlət başçısının Abdullah Abdullanın evinə köçdüyü deyilib.
Xatırladaq ki, Kərzai 2004-2014 Əfqanıstanın prezidenti vəzifəsini daşıyıb.