“Facebook”dan qəribə addım: İsrail əleyhinə olan paylaşımlara qadağa qoyulur


İsrailin siyasətini tənqid edən paylaşımlara qadağa qoyduğu üçün “Facebook”a qarşı petisiya başladılıb.
Yeniavaz.com “A haber”ə istinadla xəbər verir ki, fransız tarixçi və jurnalist Dominik Vidal, tədqiqatçı Taofiq Tahani, Fransa-Fələstin Həmrəyliyi Dərnəyinin rəhbəri, siyasətçi Cin-Kludi Lefort İsrail əleyhinə tənqidləri qadağan edən “Facebook”a qarşı petisiya başladıb. Change.org saytında başladılan petisiyada “Facebook”un İsrailə xidmət göstərdiyi və İsrail əleyhinə yazılan tənqidlərə senzura tətbiq etdiyi qeyd edilib. Şikayətçilərin sözlərinə görə, Fələstin və Suriya arasındakı münasibətlərə aid olan paylaşımlara daha çox qadağa tətbiq edilib.
Xatırladaq ki, iyun ayında “Facebook”a bağlı sosial şəbəkələrdə işləyən 200 nəfərlik bir qrup Fələstinlilərə tətbiq olunan senzura əleyhinə petisiya başlatmışdı.

DİGƏR XƏBƏRLƏR

Top