"Taliban" hazırda Əfqanıstanda olan ABŞ dollarlarının və bu ölkəyə məxsus digər əşyaların ölkə xaricinə çıxarılmasına qadağa qoyub.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Taliban" sözçüsü Zabullah Mücahid öz tvitter hesabında məlumat verib. Sözçü bu qadağaya məhəl qoymayanları isə qanuni şəkildə cəzalandıracaqlarını bildirib.