Bakıda sakinlər avtobusda vaksinasiya olunur - FOTOLAR


Binəqədi rayon İcra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, “Xaliq Faiqoğlu” şirkətinin dəstəyi ilə səyyar avtobus məntəqəsində vaksinasiya prosesi davam edir.

Yeniavaz.com xəbər verir ki, ölkəmizdə koronavirusa qarşı aparılan vaksinasiya prosesinin daha da sürətləndirilməsi, vətəndaşların peyvəndə əlçatanlığının təmin edilməsi məqsədilə səyyar vaksinasiya briqadası bu gündən etibarən Biləcəri qəsəbəsində (20 Yanvar parkının qarşısı) fəaliyyət göstərir.
“Xaliq Faiqoğlu” şirkəti olaraq vətəndaşları peyvənd olunmağa və bu bəlaya birgə qalib gəlməyə çağırırıq.
Qeyd edək ki, Binəqədi RİH-in təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə həyata keçirilən aksiya digər qəsəbələri də əhatə edəcək.

DİGƏR XƏBƏRLƏR

Top