30 il əvvəl çəkilən FOTOsuna görə "Nirvana"nı məhkəməyə verdi


Spenser Elde adlı 30 yaşlı şəxs, körpə ikən çəkilən şəklinin istifadə edilməsinə görə məhkəməyə müraciət edib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Spenser Elde adlı şəxsin hovuzda üzərkən çəkilən şəkli, 30 il əvvəl ABŞ-ın məşhur musiqi qrupu “Nirvana” tərəfindən 30 milyondan çox nüsxə satılan "Nevermind" albomunun üz qabığında istifadə edilib. Elden, 1994-cü ildə vəfat edən “Nirvana”nın solisti Kurt Kobeynin varisləri də daxil olmaqla 17 şəxsdən 150 min dollar (cəmi 2,5 milyon dollar) təzminat istəyir. Çəkilişdən cəmi 200 dollar götürən Eldenin ailəsi, fotonun istifadəsinə icazə verən sənədlərə imza atmayıb.

DİGƏR XƏBƏRLƏR

Top