Qəbələdə dağlıq ərazidəki yanğının söndürülməsi işləri davam etdirilir - YENİLƏNİB

Xəbər verildiyi kimi, bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsinin qeydə alınması barədə məlumat daxil olub.

Bu barədə Yeniavaz.com-a nazirlikdən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin cəlb olunub.

İlkin məlumata əsasən, ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır. Hazırda yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.


***13:20
Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Yanğının söndürülməsi məqsədilə əlavə olaraq Nazirliyin Mülki müdafiə qoşunlarının 34 nəfər şəxsi heyəti və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.

***11:38
Qəbələ rayonunda meşə yanır.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, yanğın hadisəsi bu gün səhər saatlarından etibarən rayonun Solqıca kəndi ərazisinə aid olan yüksək dağlıq-meşəlik ərazidə baş verib.
Hazırda yanğın davam edir.

DİGƏR XƏBƏRLƏR

Top