Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatına qarşı çıxan dəstələr Bağlan əyalətində toplanaraq Əhməd Məsudun dəstəsinə qoşulmaq üçün Pəncşir vilayətinə gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl “Taliban” hakimiyyəti altında olmayan yeganə vilayət Pəncşiri mühasirəyə alaraq sülh danışıqlarına başladıqlarını bildirmişdi. Həmin bölgəyə liderlik edən Əhməd Məsud və ətrafından isə mövzu ilə bağlı hələlik heç bir açıqlama verilməyib.