Mingəçevirdə azyaşlını vuran sürücü hadisə yerindən qaçıb



Mingəçevirdə azyaşlını avtomobillə vuran sürücü hadisə yerindən qaçıb.
Yeniavaz.com xəbər verir ki, hadisə şəhərin M. Maqomayev prospektində baş verib. Belə ki, bərbərxanadan evə qayıdan 2010-cu il təvəllüdlü Murad adlı oğlan uşağını naməlum avtomobil vurub. Sürücü bundan sonra hadisə yerini tərk edib.
Müxtəlif bədən xəsarətləri alan yaralı uşaq ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top