Venesuelada şiddətli daşqınlar səbəbilə fövqəladə vəziyyət elan olundu


Venesuela Prezidenti Nikolas Maduro, ölkənin qərbində və cənubunda şiddətli daşqınlar səbəbilə fövqəladə vəziyyət elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Venesuela hökumətinin rəsmi tvitter hesabında məlumat verilib. Bildirilib ki, daşqınlardan ən çox ziyan görən əyalət Meridada ölənlərin sayı 20-yə çatıb.
 Qeyd edək ki, Venesuelada daşqınlar onlarla binanı dağıdıb, 1200-dən çox evə ciddi ziyan dəyib. Hazırda bölgədə elektrik və mobil rabitə problemi yaşanır.

DİGƏR XƏBƏRLƏR

Top