
Azərbaycanlı sahibkar Mehrac Babayevin oğlu Ziya Babayev Moskvada saxlanılıb.
Yeniavaz.com “lenta.ru”ya istinadla xəbər verir ki, o, gizli şəkildə Moskvaya 36 milyon rubl (829 min manat) dəyərində zinət əşyaları keçirməyə çalışıb. Gömrük işçiləri İstanbuldan gələn Ziya Babayevi Vnukovo hava limanında saxlayıblar. Zinət əşyaları müsadirə edilərək ekspertizaya göndərilib.
Xatırladaq ki, Ziya Babayev 20 noyabr 2009-cu ildə gecə İsveçrədə sərxoş halda “Lamborghini” ilə qəza edərək 70 yaşlı sürücünü ağır yaraladığına görə saxlanılmışdı. Ancaq o,99,5 min dollar müqabilində sərbəst buraxılmışdı.