30 lirəyə aldığı ayaqqabıda kimyəvi maddə çıxdı, əməliyyat olunacaq


Türkiyənin Küçükçekmece rayonunda yaşayan Gonca Gül adlı şəxsin mağazadan 30 lirəyə (6 manat) aldığı ayaqqabı ayağında xəstəlik əmələ gətirib.
Yeniavaz.com “Haberler.com”istinadən xəbər verir ki, Türkiyənin Küçükçekmece rayonunda  yaşayan Gonca Gül, 30 lirəyə aldığı ayaqqabını cəmi bir gün geyindikdən sonra ayaqlarında yaralar əmələ gəldiyini iddia edib. Ayaqlarının ətrafındakı yaranın kimyəvi maddədən qaynaqlandığını iddia edən Gül, həkimə müraciət edib;
 "Ayağımın şişdiyini gördüm aldığım günün axşamı ayağım ağrımağa başladı. Daha sonra mağazaya onlardan şikayət edəcəyimi söyləmək üçün gedəndə mənimlə maraqlanmadılar. Bu adamlardan şikayət edəcəm. Ayağımdan əməliyyatla bir parça götürəcəklərini dedilər”.
Bununla bağlı  mütəxəssislər ucuz ayaqqabılara qarşı xəbərdarlıq ediblər. Kimyəvi maddələr və ya ümumiyyətlə ucuz materiallardan istifadə olunan maddələr allergik reaksiyalara səbəb ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top