Türkiyədə COVID-19-un naməlum ştammı aşkarlanıb?


İzmir və Türkiyənin fərqli əyalətlərində COVID-19-un yeni bir naməlum variantı aşkarlanıb.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, bu barədə İzmirin Tibb xidməti üzrə bölgə rəisi Lütfi Çamlı məlumat verib. O bildirib ki, İzmirdə edilən koronavirus testlərində “Alfa”, “Betta”, “Qamma” və “Delta” variantlarından əlavə müəyyən edilməyən fərqli bir mutasiya aşkarlanıb. Çamlının sözlərinə görə yeni mutasiya sürətlə artır: “Bizim istəyimiz odur ki, əgər yeni mutasiya üzrə testlər edilməyibsə, edilsin. Edilibsə də nəticələr ictimaiyyətlə paylaşılmalıdır. Çünki, bu yeni ştamm olmaya da bilər. Yəni testin özündə yaranmış hər hansi bir yanlış vəziyyət ola bilər. Bunlardan hansı olduğunu biz dəqiq bilməliyik. Əgər yeni bir variant yaranıbsa, bunun üçün bəzi tədbirlər görülməlidir. İctimaiyyət məlumatlandırılmalı və strateji plan qurulmalıdır”.
 

DİGƏR XƏBƏRLƏR

Top