Əfqanıstanda inşaat layihələrində işləmiş Mark Freriçsin ABŞ-a qaytarılması müqabilində narkotik qaçaqmalçılığına görə həbs olunmuş əfqanıstanlı Bəşir Nurzayinin azad ediləcəyi iddia edilir.
Yeniavaz.com "Newsweek" qəzetinə istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi məlumat verib.
Qeyd edək ki, ABŞ vətəndaşı Mark Freriçs 2020-ci ildə Əfqanıstanda girov götürülüb. ABŞ Xarici İşlər Nazirliyi onun tapılması üçün 5 milyon dollar təklif etsə də, onun yerni tapmaq mümkün olmayıb. Nurzayi isə 2005-ci ildə ABŞ-da olarkən narkotik qaçmalçılığından həbs olunub. Hazırda onun " New Hampshire" həbsxanasında olduğu deyilir.