“Şahdağ Turizm Mərkəzi”nə yeni direktor təyin olundu


Dövlət Turizm Agentliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC-yə (VÖEN – 4700664781) yeni direktor (qanuni təmsilçi) təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə müvafiq dəyişiklik 1 gün əvvəl – 24 avqust tarixində Vergilər Xidmətinin reyestr məlumatlarında qeyd olunub.
“Şahdağ Turizm Mərkəzi” QSC-nin  yeni direktoru Kamran Oqtay oğlu Kazımovdur.
Xatırladaq ki, "Şahdağ Turizm Mərkəzi" 2015-ci ildə təsis olunub.  Nizamnamə kapitalı 546 milyon 775 min 775 manat 5 qəpik olan QSC-nin  hazırda dövlət büdcəsinə böyük həcmdə - 273 min 202 manat 91 qəpik vergi borcu var.

DİGƏR XƏBƏRLƏR

Top