"Taliban": "Qadınlarla necə danışacağımızı bilmirik, müvəqqəti olaraq evdə qalın"


"Əfqanıstanda çalışan qadınların təhlükəsizliyinin təmin edilməsi üçün uyğun sistem qurulana qədər evdə qalmaqlarını xahiş edirik".
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Taliban” sözçüsü Zabihullah Mücahid məlumat yayıb.
"Təhlükəsizlik qüvvələrimiz qadınlarla necə davranmaq və onlarla danışmaq mövzusunda təlim keçməyib. Tam təhlükəsizlik təmin olunana qədər qadınların evdə qalmalarını xahiş edirik", - Mücahid qeyd edib.
Mücahid əlavə edib ki, müvəqqəti olaraq evdə qalacaq qadınlar işlərindən uzaqlaşdırılmayacaq və maaşları kəsilməyəcək.

Aytac Xəlilova

DİGƏR XƏBƏRLƏR

Top