"Neçə-neçə xəstə koronavirusdan yox, bu preparatların təsirindən ölüb"


“Koronavirusa təsir edən konkret “Antiviral” preparat mövcud deyil. Halbuki protokollarda bir sıra dərmanlar yazılıb. O antiviral dərmanları protokollara yazan adam da yaxşı bilir ki, virusa təsir edən konkret dərman yoxdur”.

Yeniavaz.com xəbər verir ki, bu haqda infeksionist Vüqar Cavadzadə sosial media hesabından paylaşım edib:

“Favipiravir”, “Remdesivir” və digər preparatların koronavirusa təsiri elmi-tədqiqatlarla sübuta yetirilməyib. Bu preparatlar ev şəraitində necə gəldi yazılır. Hətta həkimin göstərişi olmadan xəstələr özləri alıb qəbul edirlər. İnsanların sanki, beyninə yeriyib ki, bu preparatları qəbul etsələr, sağalacaqlar. İxtisasından aslı olmayaraq bütün həkimlər bu dərmanları necə gəldi təyin edirlər. Çox sayda xəstələr var ki, bu preparatları qəbul etmədən sağalırlar”. 

Həkim-infeksionist bildirib ki, “Antiviral” preparatların olmayan xeyrindən çox, yan təsirləri həddən artıq çoxdur:

“Hələ dünyada sadə Herpes virusunu məhv edən dərman preparatı tapılmayıb, qalmışdı ki, koronavirusuna qarşı tapılsın. Bəlkə də zaman gələcək, sübut olunacaq ki, bu “Antiviral” preparatlar COVID-19-un müalicəsində düzgün tətbiq edilməyib, neçə-neçə xəstə koronavirusdan yox, bu preparatların toksiki təsirindən dünyasını dəyişib”.

DİGƏR XƏBƏRLƏR

Top