Nərimanovda bu küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq


25 avqust saat 21-00-dan 26 avqust saat 06-00-dək Bakı şəhəri, Nərimanov rayonunun Mirzə Uluqbəy küçəsində (Əhməd Rəcəbli və Faiq Yusifov küçələri arasında qalan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yeniavaz.com-a verilən məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.​

DİGƏR XƏBƏRLƏR

Top