
Ukrayna Donbasda Rusiyanın polkovnik-leytenantının öldürüldüyün açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “UNIAN” agentliyi məlumat yayıb. Rus zabitin snayperlə vurulduğu bildirilib. 1985-ci il təvəllüdlü polkovnik-leytenant Manakov Kagiz Aleksandroviçin cəsədinin təhvil verildiyi bildirib.
Qeyd edək ki, ukraynalı snayperçi tərəfindən öldürülən Manakovun Rusiya Silahlı Qüvvələrinin kəşfiyyat bölmələrinin 54 -cü təlim mərkəzinin xüsusi hazırlıq kursunun rəis müavini idi.
Hadisə ilə bağlı Rusiyadan hələlik heç bir açıqlama verilməyib.