Mingəçevirdə "Vətən fədailəri" adlı abidə ucaldılıb - FOTOLAR + VİDEO


Mingəçevir kəndinin ta qədimdən gözəl adət-ənənələri olub. Bu gündə kəndin qədirbilən camaatı öz ənənələrini qoruyub saxlayırlar.
Yeniavaz.com xəbər verir ki, Mingəçevir yaşayış massivi adlanan kənd Mingəçevir sakinləri öz vəsaitləri hesabına Qarabağ müharibəsində qazanılmış qələbənin xatirəsinə abidə ucaldıblar. “Vətən fəadiləri”adlandırılan abidəni ucaldan və layihəsini işləyib hazırlayan təşkilatç, kənd sakinlərindən biri Ehtibar Əhmədov  saytımıza açıqlama verərək bildirdi ki, bu gün də kəndimiz vətənpərvərlik, birlik nümayiş etdirərək bu abidəni ucaltdı: “Bundan əvvəldə  2003-cü ildə Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə abidə ucaltmışdı. Hər bir vətəndaşın bizə bu zəfəri yaşadan igid oğullarımıza borcu var. Qarabağ uğrunda Vətən müharibəsində qazanılan müqəddəs Qələbədən keçir bu günün Azərbaycanın yüksəlişi, milli istiqlalımızın tale yolları. Biz də kənd sakinləri vətən oğullarına o borcun kiçik bir hissəsini ödəməkdən ötrü bu təşəbbüsü göstərdik. Qeyd etmək istərdim ki, kəndimizin vətənpərvər oğulları Qarabağ savaşında canla-başla iştirak edib. Mingəçevir kəndindən ikinci Qarabağ müharibəsində 104 nəfər iştirak edib.Ondan 5 nəfəri şəhid olub. Birinci Qarabağ müharibəsində isə kənddən 107 nəfər iştirak edi, onlardan 12 nəfəri şəhidlik zirvəsinə ucalıb. Kəndimiz vətənin harayına müsəlləh əsgər kimi qalxdı və bu böyük  zəfərdə kəndimizin də payı var.

 

Esmira Hidayətov, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top