Ermənistan parlamentində deputatlar bir-birilərinə butulka atdı - VİDEO


Ermənistan parlamentində vəziyyət "Mülki müqavilə" fraksiyasının millət vəkili Hayk Sarkisyanın çıxışı zamanı yenidən gərginləşib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb. Belə ki, Sarkisyan bir erməninin pulla və ya sifarişlə ordu sıralarından azad edən müdafiə nazirlərinin olduğunu, onların vətənə xəyanət etdiklərini deyib. Bu vaxt müxalifətçilər əsəbiləşərək Hayk Sarkisyana şüşə butulka atıblar. O da müxalifətçilərə butulka ataraq cavab verib. Daha sonra təhlükəsizlik işçiləri içəri daxil olaraq prosesə müdaxilə ediblər. 
Xatırladaq ki, dünən də Ermənistan parlamentində vəziyyət gərginləşmişdi. Paşinyana “xain” deyən qadın millət vəkili parlamentdən çıxarılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top