Əfqanıstanın sabiq vitse-prezidenti hakimiyyəti nə üçün itirdiklərini açıqladı


Əfqanıstanın sabiq vitse-prezidenti Əmrullah Saleh hakimiyyəti necə itirdikləri barədə fikirlərini paylaşıb.
Yeniavaz.com
“Ria Novosti”yə istinadla xəbər verir ki, Saleh, Vaşinqtondan Kabilə edilən təzyiqləri, Qətərdəki Əfqanıstan danışıqlarında “Taliban”ın de-fakto tanınması və Əfqanıstan hökumətinə lazım olan məlumatların verilməməsini Əşrəf Qani hökumətinin süqutunun əsas səbəbləri olduğunu deyib:
"Aydındır ki, taliblərə heç vaxt təzyiq göstərilməyib. Onlar Pakistandan dayaq kimi istifadə ediblər. Bütün Pakistan “Taliban”ın xidmətindədir. Ancaq, Əfqanıstanda Qərb müttəfiqlərinə qarşı terroru və üsyanı dəstəkləyən bir nüvə dövləti məsələsi heç vaxt müzakirə edilmədi.
Saleh onu da qeyd edib ki, Dohadakı Əfqanıstan danışıqları əslində “Taliban”ı qanuniləşdirdi:
“ABŞ bizi şantaj edərək dedi ki,  ya məhbusları azad edəcəksiniz, ya da hərbi yardım da daxil olmaqla bütün dəstəyi kəsəcəyik. Biz, “həmin adamların gələcəkdə bizə qarşı çıxmayacağından əminsizinmi”deyə soruşduq, “yox” deyə cavab verdilər. Çünki, həmin məhbusların azad edilməsi “Taliban” üçün həddindən artıq radikallaşmış yaraqlılardan ibarət bir dəstənin təmin edilməsi idi”.
Əmrullah Saleh nəticə olaraq bildirib ki, ABŞ Əfqanıstana dəstək olmaqdan imtina edib, 2020-ci ilin fevral ayında Qətərdə keçirilən görüşdə “Taliban” rəsmi olaraq tanınıb, Kabilə təzyiqlər göstərilib, lazım olan informasiyalarla təmin edilməyib. Beləcə, Əfqanıstanda hakimiyyət “Taliban”a ötürülüb. 

DİGƏR XƏBƏRLƏR

Top