Vasif İsmayıl 3-cü doza vaksin vurdurdu


Tanınmış həkim Vasif İsmayıl 3-cü doza vaksin vurdurub.

Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Üçüncü doza korona peyvəndini də aldıq. Çox götür-qoy etdim və üçüncü doza kimi “Pfizer”i seçdim.

Bundan əvvəl, yanvar və fevral aylarında “Sinovac” peyvəndi olunmuşdum.

Dostlar, biz bu imkanın qədrini bilməliyik. Azərbaycandakı kimi peyvəndlənmə imkanı olmadığı üçün qonşu Gürcüstan bu gün koronadan insan ölümü üzrə dünya birincisi oldu.

Azərbaycanda yaradılmış imkanlardan istifadə edin!”.

DİGƏR XƏBƏRLƏR

Top