
Haitidə 14 avqustda baş verən zəlzələ nəticəsində infrasturktura dəyən zərər 1 milyard dolları ötüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Haiti Libre” xəbər portalı məlumat yayıb. İlkin hesablamalara görə, dəyən ümumi zərər 1,12 milyard dollardan çoxdur. Ölkə rəhbərliyi dağıntılara məruz qalan ərazilərin bərpasına vəsait ayrılması üçün BMT, Avropa İttifaqı və Dünya Bankının nümayəndələri ilə əlaqə saxlayır.
Xatırladaq ki, avqustun 14 -ü səhər saatlarında, Haiti bölgəsində 7,2 bal gücündə zəlzələ meydana gəlmişdi. Fəlakət nəticəsində, 2207 nəfər ölüb, 12 mindən çox adam isə yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz