Polis Mingəçevirdə reyd keçirdi - FOTO


Reyd zamanı  Mingəçevirdə sərnişinlərin qoruyucu vasitə olan maskadan istifdə etmədikləri üzə çıxıb.
Yeniavaz.com xəbər verir ki, Mingəçevir polisi koronavirus infeksiyasının kütləvi yayılmasının və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirir. Polis əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı bəzi vətəndaşlar tərəfindən karantin rejiminin tələblərinə etinasız yanaşıldığı aşkar edilib. Reydlər zamanı sərnişin daşıma fəaliyyəti ilə məşğul olan bəzi sürücülər, sərnişinlər qoruyucu vasitə olan maskadan istifdə etmədikləri üzə çıxıb.
 Mingəçevirdə davam etdirlən yoxlamalar zamanı marketlərdə eləcə də digər qapalı məkanlarda dezinfeksiyaedici vasitələrin yerləşdirilmədiyi, alıcı və satıcıların tənəffüs yollarını örtən fərdi vasitələrdən istifadə etmədiyi də aşkarlanıb. Həmin şəxslərə sosial məsafənin gözlənilməsi, tibbi maskadan istifadənin zəruriliyi barədə tövsiyələr verilib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top