Təxliyə prosesini tamamlayan ABŞ hərbçiləri Əfqanıstanı tərk edir


Yüzlərlə ABŞ əsgəri artıq Kabul hava limanını tərk edib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, ABŞ hərbçiləri xarici ölkə vətəndaşları və əfqanların təxliyəsi prosesini artıq tamamlayıb. Bu barədə Pentaqon sözçüsü Con Kirbi məlumat yayıb. O, Əfqanıstanı tərk edən ABŞ hərbçilərinin dəqiq sayını açıqlamasa da bu rəqəmin təxminən 5 min 800-dən çox olduğu bildirilir. 
Qeyd edək ki, ABŞ hərbçilərinin Əfqanıstanı tərk etməsi prosesinin 31 avqusta qədər tamamlanması planlaşdırılır. “Taliban” bu tarix bitəndən sonra heç kəsin Əfqanıstanı tərk etməsinə icazə verməyəcəklərini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top