"Taliban" Rusiya və Çin ilə yaxşı əlaqələri olduğunu bildirib


Əfqanıstanda hakimiyyəti ələ alan "Taliban" silahlı qruplaşması Çin və Rusiya ilə yaxşı münasibətləri olduğunu açıqlayıb. 
Yeniavaz.com
"Al-Mayadeen" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Taliban"ın sözçüsü Məhəmməd Naim məlumat verib. Onun sözlərinə görə, Əfqanıstan bütün qonşu ölkələrlə, o cümlədən də Çin və Rusiya ilə normal münasibətlər qurmağa çalışır.
Qeyd edək ki, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çuyinq avqustun 19-da Çinin "Taliban"la münasibətlərinin davam etdiyini vurğulamışdı.

DİGƏR XƏBƏRLƏR

Top